Olaylar.az xəbər verir ki, bu barədə sahibkarın hüquqlarını müdafiə şurası məlumat yayıb.
Məlumatda bildirilir ki, Karapetyan və ailəsi bu işi Stokholm Ticarət Palatası Arbitraj İnstitutuna təqdim ediblər. Arbitraj prosesi Ermənistan və Kipr hökumətləri arasında 18 yanvar 1995-ci ildə imzalanmış investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş əsasında aparılıb. Ermənistan hökumətinin nümayəndəsi də prosesdə iştirak edib.
2025-ci il 22 iyul tarixində Stokholm Arbitraj İnstitutunun təyin etdiyi təcili arbitraj Ermənistan Respublikasına xəbərdarlıq edib ki, "Energetika haqqında" və "İctimai xidmətlərin tənzimlənməsi komissiyası haqqında" qanunlara edilən son dəyişikliklərin EŞA-ya tətbiqindən və şirkətin müsadirəsi istiqamətində addımlardan çəkinməlidir.
Arbitraj qərarında qeyd edilib ki, Ermənistan hökumətinin hərəkətləri Ermənistan ilə Kipr arasında qüvvədə olan investisiyaların qorunması razılaşmasına zidd ola bilər. Eyni zamanda bildirilir ki, təcili tədbirlər görülməzsə, iddiaçılar şirkətə nəzarəti itirə və nəticədə dəymiş ziyanın tam ödənilməsi mümkün olmayacaq.
Arbitrajın qərarı Ermənistan hökuməti üçün icbari hüquqi qüvvəyə malikdir.