Bu ilin oktyabr ayının sonunadək bütün banklarda QR-la ödəniş tətbiq ediləcək.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.
"Hazırda böyük layihələrimizdən biri ictimai nəqliyyatda bütün bank kartlarından ödənişlərin QR formada həyata keçirilməsidir", - o qeyd edib.
Trend
Tarix: 23 İyul 2025, 12:47