ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əfqanıstanın şimalında yerləşən Bağlan vilayətindəki kömür mədənində baş vermiş çökmə nəticəsində 6 işçi həlak olub, 12 nəfər isə yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə yerli “Bakhtar” agentliyi məlumat yayıb.
Bildirilib ki, vilayətdə yerləşən Karkar Kömür Mədənində dünən çökmə hadisəsi baş verib.
Hadisə nəticəsində 6 işçi həyatını itirib, 12 nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Nigar Hacılı
"Cebheinfo.az"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.