AZ

Putin belaruslara səsvermə icazəsi verdi

Ajans.az xəbər verir ki,Rusiya Prezidenti Vladimir Putin ölkədə yaşayan belarusların yerli seçkilərdə iştirak etməsinə icazə verən qanunu imzalayıb. Sənəd Rusiya hüquqi informasiya portalında dərc olunub.

Qanun Moskva ilə Minsk arasında vətəndaşların bərabər hüquqlarına dair sazişə dəyişiklik edir və 13 mart 2025-ci ildə Moskvada imzalanmış protokolu ratifikasiya edir. Protokola əsasən, tərəflərdən birinin vətəndaşı olan və digər tərəfin ərazisində daimi yaşayan şəxslər səs vermək və yerli seçkilərdə namizəd kimi iştirak etmək hüququna malik olacaqlar.

Bundan əvvəl Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirmişdi ki, bu təşəbbüs İttifaq Dövləti çərçivəsində iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyə yönəlib. Onun sözlərinə görə, insanların maraqlarını təmin etmək üçün bu potensialın inkişafı istiqamətində hər şey edilməlidir.

Seçilən
63
Ajans.az

1Mənbələr