Bu gün daha bir təmsilçimiz avrokubok mübarizəsinə qoşulur.
Fanat.Az xəbər verir ki, "Zirə" UEFA Konfrans Liqasında ilk matçına çıxacaq.
"Qartallar" Bakıda Xorvatiyanın "Hayduk" klubunu qonaq edəcək.
"Neftçi Arena"da baş tutacaq qarşılaşma saat 19:30-da start götürəcək.
Rəşad Sadıqovun komandası FİFA referisi Xristos Vergetisin rəhbərliyi altında yunanıstanlı hakimlər briqadasının idarə edəcəyi görüşə ciddi itkilərlə çıxacaq. Azarkeşlər komandadan ayrılacağı gözlənilən Rafael Utziqi, həmçinin klubunu dəyişməyə qərar verən Salifu Sumanı meydanda görməyəcəklər. Yay fasiləsində Rüstəm Əhmədzadə, Pyer Zebli, Məqsəd İsayev və Yusuf Lavalla da yollar ayrılıb. Əvəzində Brahim Konate, Yeqor Boqomolski, Rövlan Muradov, Abdulaziz Batibie və Vinsent Till qəsəbə təmsilçisinə transfer olunublar.
Matçda ədaləti Yunanıstandan olan hakimlər briqadası qoruyacaq. Baş hakim Xristos Varqetisə Andreas Fotopulos və Konstantinos Staykos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru icra edəcək.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyulun 31-də baş tutacaq.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
23 iyul
"Zirə" - "Hayduk" (Xorvatiya) 1:0 (1-ci hissə)
Qol: Brahim Konate, 31.
Hakimlər: Xristos Varqetis, Andreas Fotopulos, Konstantinos Staykos, Anastasios Papapetru (hamısı Yunanıstan).
Bakı. 8-ci km stadionu ("Neftçi Arena")
“Zirə”: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (kapitan), 5. Ange Mutsinzi, 4. Ruan Renato, 20. İssa Cibrilla, 30. Rikardo Quima, 93. Brahim Konate, 17. Ayron Qomis, 10. George Papunaşvili, 9. David Volkov, 11. Martins Junior.
Ehtiyat oyunçular: 26. Stefan Aka, 14. Elçin Əlicanov, 97. Abdul Aziz Batibie, 13. Aydın Bayramov, 16. Fuad Bayramov, 21. Hacıağa Hacılı, 57. Yusif Hacıyev, 99. Səlim Həşimov, 7. Rövlan Muradov, 48. Ramiz Muradov, 29. Ceyhun Nuriyev, 8. İsmayıl İbrahimli.
Baş məşqçi: Rəşad Sadıqov
"Hayduk": 1. İvitsa İvuşiç, 32. Şimun Hrqoviç, 31. Zvonimir Şarliya, 36. Marino Skelin, 8. Niko Siqur, 23. Filip Krovinoviç, 26. Marko Kapan, 37. Noa Skoko, 28. Roko Braykoviç, 10. Marko Livaya (kap.), 7. Antoni Kalik.
Ehtiyat oyunçular: 33. Toni Siliç, 41. İvan Pokrnjik, 4. Adrion Payaziti, 6. Mihael Japer, 11. Mişel Şeqo, 17. Dario Melnyak, 21. Rokas Pukştas, 22. Branimir Mlaçiç, 29. Fran Karaçiç, 34. Bruno Durdov, 38. Luka Hodak, 45. Yassin Benrabu.
Baş məşqçi: Qonsalo Qarsiya.