Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad–Saatlı avtomobil yolunun Bəylik kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən qadın piyadanı vurub.
Qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.