AZ

Konatenin zədəsi ciddidir

style='margin-bottom:10px;'>

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin Bakıda "Hayduk"la (Xorvatiya) keçirilən oyununda zədələnən "Zirə"nin futbolçusu Brahim Konate səfər matçında da iştirak edə bilməyəcək.

QOL.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov 1:1 hesabı ilə başa çatan matçda sonra mətbuat konfransında deyib.

O, fransalı yarımmüdafiəçinin çiyninin çıxdığını bildirib: "Böyük ehtimalla səfər matçında meydana çıxa bilməyəcək. Adətən belə zədələr zamanı futbolçu 1 aya yaxın yaşıl meydanlardan kənarda qalır".

Xatırladaq ki, görüşdə "Zirə"nin yeganə qolunu Konate vurub. Qoldan 5 dəqiqə sonra isə rəqib futbolçu ilə mübarizə zamanı o, çiynindən xəsarət alıb və əvəzlənib. "Zirə" ilə "Hayduk" arasında cavab görüşü iyulun 31-də Xorvatiyada keçiriləcək.

Seçilən
107
1
teleqraf.com

2Mənbələr