AZ

Bayden gələcək memuarı üçün 10 milyon dollar avans alıb

ABŞ-ın keçmiş prezidenti Co Bayden gələcək memuarlarının hüquqlarını 10 milyon dollara satıb...

Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən Wall Street Journal (WSJ) məlumat yayıb.

Nəşrin mənbələrinin məlumatına görə, keçmiş prezident öz memuarlarının hüquqlarını "Hachette Book Group"a satıb. 10 milyon dollarlıq avans müqabilində "Hachette Book Group" Baydenin kitabını bütün dünyada yaymaq hüququnu alıb. Keçmiş prezidentin sövdələşmədə maraqlarını "Creative Artists Agency" təmsil edib.

The Wall Street Journal qeyd edib ki, əlyazmanın tamamlanma müddəti və onun reklamı ilə bağlı planlar çox güman ki, keçmiş dövlət başçısının sağlamlığından asılı olacaq.

Poliqon.info

Seçilən
31
3
poliqon.info

4Mənbələr