AZ

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutulub.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Mersedes” markalı nəqliyyat vasitəsinin sürücüsü Aydın Şixverdiyev yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.

Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

Məhkəmənin qərarı ilə A.Şixverdiyev inzibati qaydada 15 sutka həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
14
unikal.az

10Mənbələr