AZ

“Böyük Dəbilqə”: Cüdoçularımızın rəqibləri bəlli olub

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, püşkatmada Azərbaycan cüdoçularının da ilk rəqibləri müəyyənləşib.

60 kq-da Balabəy Ağayev ilk mərhələdən azaddır. O, 1/8 finalda Konstantin Simeonidis (BƏƏ) - Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəkidə tatamiyə çıxacaq Turan Bayramov da yarışa 1/8 finaldan qoşulacaq. Onun rəqibi Sumiyabazar Enxtayvan (Monqolustan) - Yuantao Van (Çin) cütünün güclüsü olacaq.

66 kq-da Elşən Əsədov isə 1/16 final çərçivəsində Cantsandorj Unurbatla (Monqolustan) güləşəcək.

Qeyd edək ki, yarış sabah Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
7
icma.az

10Mənbələr