AZ

Tailand-Kamboca sərhədində gərginlik- Ölənlərin sayı artır, Tailand sərhədi bağladı - VİDEO

Tailandla Kamboca arasında baş verən silahlı toqquşmalar səbəbindən Tailand Kamboca ilə sərhədini bağladığını elan edib. AzPost xəbər verir ki, Tailand ordusunun yaydığı rəsmi məlumata görə, qarşıdurma nəticəsində azı 9 tailandlı mülki şəxs həyatını itirib, onlardan biri 8 yaşlı uşaqdır. Daha 14 nəfər isə yaralanıb.

Tailand ordusu bəyan edib ki, qarşı tərəfin hücumlarına cavab olaraq hava zərbələri endirilib və bu, əvvəlcədən planlaşdırılmış əməliyyat çərçivəsində həyata keçirilib. Kamboca isə Tailandı “qeyri-provosirovka olunmuş, məqsədli və əvvəlcədən planlaşdırılmış hücumlarda” ittiham edir.

Kambocanın Baş naziri Hun Manet BMT Təhlükəsizlik Şurasına təcili iclas çağırılması ilə bağlı rəsmi müraciət ünvanlayıb. O bildirib ki, Tailandın son hərəkətləri “regionda sülh və sabitliyi ciddi şəkildə təhdid edir.”

Tailand hökumət sözçüsü Cirayyu Houngsub isə Kambocanı “insani prinsipləri pozmaqda, vətəndaş infrastrukturlarını və evləri artilleriya atəşinə tutmaqda” ittiham edərək, beynəlxalq ictimaiyyəti Kambocanın bu addımlarını qınamağa çağırıb.

Çin Xarici İşlər Nazirliyi də vəziyyətdən dərin narahatlığını ifadə edərək, tərəfləri dialoq və məsləhətləşmələr yolu ilə problemi həll etməyə çağırıb. Nazirliyin sözçüsü Guo Jiakun bildirib ki, Çin bu məsələdə ədalətli və konstruktiv mövqe tutaraq, gərginliyin azaldılmasına töhfə verməyə hazırdır.

AzPost.az

Seçilən
66
50
azpost.info

10Mənbələr