Aleksandr İsak hələ də "Liverpul" klubu üçün bir hədəfdir.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Hüqo Ekitikenin transferinə baxmayaraq Mersisayd təmsilçisi isveçli hücumçunu transfer etməkdə maraqlıdır.

Lakin bu keçid "Nyukasl"dan asılıdır. "Liverpul" Luis Diası satsa, Isak üçün "sağsağanlar"a təklif veriləcək.

25 yaşlı hücumçunun adı "Əl-Hilal"la da yanaşı hallanırdı. Lakin tərəflər arasında hələlik konkret danışıqlar olmayıb.