AZ

Arif Babayevin son durumu ilə bağlı TƏBİB-dən AÇIQLAMA

16:36 24.07.2025
16:36 24.07.2025

Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayev reanimasiyaya yerləşdirilib.

Xalq artistinin son durumu haqda TƏBİB-dən Mynews.az-a verilən açıqlamaya görə Arif Babayevin vəziyyəti kritik ağırdır:

"23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik ağır olaraq qiymətləndirilir. Sağlamlıq durumuna uyğun olaraq paytaxtdakı tibb müəssisəsinə təxliyəsi planlaşdırılır".


Seçilən
67
24
mynews.az

10Mənbələr