AZ

Tailand Ukrayna istehsalı olan tankları Kamboca ilə sərhədə yerləşdirib

Tailand Silahlı Qüvvələri Kamboca ilə sərhəd bölgəsində Ukraynada istehsal olunmuş T-84 “Oplot” tanklarını yerləşdirib...

Poliqon xəbər verir ki, bu barədə Defence-Blog platforması məlumat yayıb.

Tanınmış tailandlı hərbi müşahidəçi Somponq Nondhasa “Facebook” sosial şəbəkəsində (Meta şirkəti Rusiya ərazisində ekstremist elan olunub və qadağan edilib) paylaşım edərək bildirib ki, iyulun 24-ü günortadan sonra Banqkok “Oplot” tank bölməsini Pra Vixear məbəd kompleksi yaxınlığında kambocalı hərbçiləri atəşə tutmaq üçün sərhəd bölgəsinə göndərib.

İyulun 24-nə keçən gecə Tailand və Kamboca sərhədində mübahisəli ərazidə hər iki ölkənin quru qoşunları arasında atışma baş verib. Tailand hakimiyyəti insidentə görə Kambocanı günahlandırıb. Daha sonra Tailand Hərbi Hava Qüvvələri qonşu ölkənin ərazisindəki hədəflərə zərbələr endirib. Bu hadisələr Banqkok və Pnompen arasında gərginliyin yeni mərhələsinə səbəb olub və sərhəd toqquşmalarının daha genişmiqyaslı münaqişəyə çevrilə biləcəyi ehtimal olunur.

Tailand ilə Kamboca arasında sərhəd mübahisəsi 1904-cü ildə o zamankı Səyyam Krallığı (Tailandın əvvəlki adı) ilə Üçüncü Fransa Respublikası arasında imzalanmış müqavilədən qaynaqlanır. Həmin sənəddə Fransa mülkiyyətində olan qonşu ərazilərlə Səyyam arasındakı sərhədlər müəyyənləşdirilib. Lakin 1953-cü ildə Kamboca Fransadan müstəqillik əldə etdikdən sonra sərhəd xətti mübahisə predmeti olub.

Poliqon.info

Seçilən
53
50
poliqon.info

10Mənbələr