AZ

İki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

İki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Teleqraf-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İyulun 25-də saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovayaxəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəlişəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Seçilən
23
18
teleqraf.com

10Mənbələr