AZ

Goranboyda dəhşətli qətl: Ana və nənə eyni gecə qətlə yetirildi

Goranboyda

Goranboyda iki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.Goranboy rayon prokurorluğundan məlumata görə, iyulun 25-də saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir. (azvision.az)Ulusum.az

Diqqət Çəkənlər

Doğum günü faciəyə çevrildi:18 yaşlı gənc dənizdə həyatını itirdi - VİDEO

Azərbaycanın ilk qadın gəmi kapitanı barəsində bədii film gəlir

Onlayn tanışlıq şantaja çevrildi: Qadının çılpaq fotoları ilə hədələyən şəxs cəzalandırıldı

Seçilən
68
47
ulusum.az

10Mənbələr