BAKI, 25 iyul. TELEQRAF
Kamboca və Tailand arasında münaqişələrin kökü XIX əsrdən başlayıb.
Teleqraf xəbər verir ki, iki ölkə arasında mövcud gərginliyin kökündə sərhəd münaqişəsi dayanır.
Münaqişənin predmeti isə Preah Vihear hindu məbədi və onun yerləşdiyi 4.6 kvadrat kilometr ərazidir. XI əsrdə inşa edilən bu məbəd Kamboca Tailand sərhədinə yaxın yerdə yerləşir və hər iki ölkə bu əraziyə iddia edir. 1962-ci ildə Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi bu məbədin Kambocaya məxsus olduğu barədə qərar qəbul etsə də Tailand bu qərarla razılaşmır.
2008-ci ildə Preah Vihear məbədini UNESCO-n irs siyahısına daxil etdirməyə çalışması iki ölkə arasında gərginliyi yenidən alovlandırmış və bu hadisə Tailandda kütləvi etirazlara səbəb olmuşdu.
O dövrdən bəri ölkə sərhədində çoxsaylı toqquşmalar qeydə alınır. Toqquşmalar nəticəsində hər iki tərəf mülki və hərbi itkilər verib.
İki gün davam edən gərginlik isə 2 ay qabaq silahlı toqquşmada bir kambocalı əsgərin öldürülməsi ilə geniş vüsət alıb. Bu hadisədən sonra məhdudlaşdırılıb və nəticədə Kamboca Tailanddan meyvə-tərəvəz idxalını eləcə də elektrik, internet xidmətlərinin idxalını dayandırıb.
Son illərdə hər iki ölkə gözlənilən təhlükəyə görə hərbi xərclərini artırmaq və sərhəd xəttini gücləndirmək siyasəti aparır. Tailand ordusu əsas etibarı ilə ABŞ silah və sursatı ilə təchiz edilib. 70 milyondan çox əhalisi olan Tailandın Leopard tankları, F 16 təyyarələri mövcuddur. Arsenalında əsasən rus (və Sovet) silahları olan Kambocanın hərbi büdcəsi isə Tailanddan 15 dəfə azdır. Əhali sayına görə də Tailand Kambocanı üstələyir. Belə ki, Kambocanın 17, Tailandın isə 71 milyon əhalisi var.