AZ

İstanbulda kritik görüş keçirilir - Avropa üçlüyü İran üçün toplaşdı

Bu gün səhər saatlarında İstanbulda İran və Avropa üçlüyü – Almaniya, Fransa və Böyük Britaniya arasında yeni nüvə danışıqları raundu başlayıb. 

News24.az xəbər verir ki, görüş İran və Avropa ölkələrinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilir.

İran nümayəndə heyətinə ölkənin xarici işlər nazirinin müavinləri Məcid Təxt Rəvançi və Kazım Qəribabadi rəhbərlik edirlər. Avropa diplomatik heyəti isə danışıqlara başlamaq üçün bu gün səhər saatlarında İranın İstanbuldakı konsulluğuna daxil olub.

Danışıqların əsas məqsədi İranın nüvə proqramı ilə bağlı yaranmış gərginliyi azaltmaq, 2015-ci ildə imzalanmış, lakin son illərdə zəifləyən Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) gələcəyi ilə bağlı mümkün kompromis yollarını müzakirə etməkdir.

Aqil

Seçilən
30
1
news24.az

2Mənbələr