“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Naxçıvan klubu mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb.
29 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir.
Rahil Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib. Müdafiəçi Azərbaycan milli komandasının üzvüdür.