AZ

Banklar inşaat və tikinti sektoruna kredit qoyuluşlarını azaldıb

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar vəqeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuşkreditlərin həcmi 1,800 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldəedib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 50,2 milyon manatvə ya 2,7% az, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 milyonmanat və ya 0,8% azdır.

Qeyd edək ki, ümumilikdə, Azərbaycanda real sektora kreditqoyuluşu üzrə kredit portfeli 30,2 milyard manat, o cümlədən, vaxtıkeçmiş kreditlərin həcmi isə 527,4 milyon manat təşkil edib.

Bu da ümumi kredit portfeli üzrə aylıq müqayisədə 43 milyonmanat və ya 0,1%, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə isə 3,2 milyard manat və ya 12% artım deməkdir. Eynizamanda, vaxtı keçmiş kreditlərin həcmi isə aylıq ifadədə 19,1milyon manat və ya 3,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə75,7 milyon manat, yaxud 16,8% artıb.

Seçilən
64
2
az.trend.az

4Mənbələr