AZ

Prezident İlham Əliyevin dediyi kimi, Bakıda yəhudi özünü Parisdən daha təhlükəsiz hiss edir - Corc Dik

Bakı. Trend:

2019-cu ildə Prezident İlham Əliyevlə ilk görüşüm zamanı odemişdi ki, Bakıda bir yəhudinin küçələrdə Parisdən daha təhlükəsizşəkildə gəzə bilməsi ilə fəxr edir. O, o zaman da haqlı idi –xüsusilə bu gün də haqlıdır.

Trend xəbər verirki, bunu diplomatik missiyasının başa çatması münasibətiləkeçirilən brifinqdə İsrailin Azərbaycandakı səfiri Corc Dikdeyib.

“Azərbaycan öz tolerantlıq və multikulturalizm modeli ilə haqlıolaraq fəxr edir”, – deyə diplomat brifinqdə bildirib.

O qeyd edib ki, son illərdə Azərbaycan nifrət və antisemitizməqarşı mübarizə sahəsində konkret addımlar atıb:

“Ölkədə məktəb dərslikləri yenidən nəzərdən keçirilib, sovetdövrünün antisemitizmi dərsliklərdən çıxarılıb. “Impact-se” adlıqeyri-hökumət təşkilatı Azərbaycanı hətta Avropa ölkələri üçünnümunə kimi tanıyıb”.

Corc Dik həmçinin Azərbaycanın yəhudi tarixinə göstərdiyihörməti və ölkənin təhsil, eləcə də xatirələrin qorunmasısahəsindəki səylərini vurğulayıb: “Azərbaycan Holokostqurbanlarının Beynəlxalq Anım Gününü dinlərarası və hökumətlərarasıiştirakı ilə qeyd edir”.

O, təhsil sahəsində əməkdaşlığın vacibliyini də xüsusi qeydedib: “Azərbaycan tələbələrin İsraildə təhsil almasını təşviq edir,bunun üçün təqaüdlər təqdim edir və hərtərəfli dəstəkgöstərir”.

Seçilən
12
8
az.trend.az

9Mənbələr