AZ

Sabirabadda 20 yaşlı gənc su kanalında boğulub

Sabirabad, 25 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayonunun Qaragüney kəndi ərazisində 20 yaşlı gənc su kanalında boğulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, suda boğulan Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Səfərağa Elşən oğlu Musayevdir.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Hazırda axtarış işləri aparılır.

 

Seçilən
10
2
azertag.az

3Mənbələr