AZ

Pirallahıda polis əməliyyat keçirib: 42 kq narkotik vasitə aşkar olunub

Bakı. Trend:

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kqtərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Trend xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininəməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 1975-cı iltəvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkumolunmuş rayon sakini 50 yaşlı Maqsud Cəfərov saxlanılıb.

Maqsud Cəfərov ifadəsində narkotik vasitələri şəxsiyyətiistintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Pirallahı rayonuərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddiqazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkantədbiri seçilib.

Seçilən
74
37
az.trend.az

10Mənbələr