"Nyukasl Yunayted"in isveçli hücumçusu Aleksander İsakın gələcək taleyi klubun İdarə Heyətinin sədri və eyni zamanda Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondunun (PIF) rəhbəri olan Yasir əl-Rumeyyanın qərarından asılıdır.
90deqiqe.Az-ın "Telegraph Football"a istinadən verdiyi məlumata görə, "Liverpul" da daxil olmaqla bir sıra Avropa nəhəngləri və Səudiyyə Ərəbistanı klublarının artan marağına baxmayaraq, "Nyukasl" rəhbərliyi prinsipial mövqe sərgiləyir: İsak klubun uzunmüddətli layihəsinin əsas fiqurlarından biri hesab olunur və transferə çıxarılmayıb.
Qeyd olunur ki, futbolçunun mövcud müqaviləni uzatmaqdan imtina etməsi onun mümkün gedişi ilə bağlı şayiələri daha da gücləndirib.