BAKI, 25 iyul. TELEQRAF
"Xalq artisti Arif Babayevin səhhəti dövlət qurumları tərəfindən nəzarətə götürülüb".
Teleqraf xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli jurnalistlərlə açıqlamasında deyib.
O bildirib ki, A.Babayevin sağalması üçün bütün həkimlər səfərbər edilib:
"Nazirlik olaraq ilk gündən ailənin yanındayıq. Sənətkarımızın intensiv müalicəsi davam etdirilir. Nazirliyin müvafiq əməkdaşları onun səhhəti ilə maraqlanır, nəzarətdə saxlayır. Əlavə nə lazım olarsa, nazirlik olaraq onu təmin edəcəyik".