Bunu Demokrat.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Düşünürəm ki, hələlik Ermənistan bu barədə məlumatları təkzib etsə də, ancaq Ermənistan öz infrastrukturlarını, o cümlədən də Zəngəzur dəhlizinin başqa hansısa bir dövlətin icarəsinə, nəzarətinə verilməsinə meyllidir. Bu, bir də onu göstərir, ifadə edir ki, Ermənistan gələcəkdə bu yönümdə addımlar ata bilər. Ancaq hadisələrin təhlili göstərir ki, Ermənistan özü sanki belə məlumatların yayılmasında maraqlıdır ki, ölkənin infrastrukturunu, o cümlədən Zəngəzur dəhlizini hansısa bir xarici subyektin icarəsinə verib. Bu məlumatlar təkzib olunsa da, Ermənistan belə məlumatların yayılmasında maraqlı görsənir. Bu da o deməkdir ki, Ermənistan belə yalan məlumatların yayılmasından, Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əldə olunmasından sadəcə yaymaq istəyir. Yəni başqa ölkələrin burada adını hallandırmaqla Azərbaycanla Zəngəzur dəhlizi barədə razılaşma əldə olunması danışıqlarını təxirə salır, bu danışıqları aktuallıqdan çıxardır və ortalığa tamamilə başqa məsələ gətirir. Bu o deməkdir ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı tezliklə razılaşma əldə olunmasında maraqlı deyil. Buna görə də, Ermənistanın Zəngəzur dəhlizinin hansısa başqa bir dövlətə icarəyə verilməsi ilə bağlı məlumatlara yanaşmasını daha çox siyasi manipulyasiya hesab etmək doğrudur. Siyasi taktika hesab etmək lazımdır, nəinki Ermənistanın həqiqi niyyəti. Ermənistanın burada həqiqi niyyəti sadəcə olaraq, Azərbaycanla Zəngəzur dəhlizi ilə bağlı danışıqları sadəcə çətinləşdirmək və uzatmaqdır. Əsas hədəf bundan ibarətdir".
Əfsanə Kamal
Demokrat.az
8Mənbələr
-
azadmedia.azAydın Hüseynov barəsində yayılan xəbərlərə aydınlıq gətirdi » AzadMedia.az ( 20246598)
-
news365.azAydın Hüseynov barəsində yazılanlara aydınlıq gətirib ( 20245974)
-
icma.azHəmin verilişin videoyazısı qalır, açıb diqqətlə dinləsinlər Aydın Hüseynov ( 20244825)
-
afn.azAydın Hüseynov erməni lobbisinin əlinə “kozır” verir... ( 20227044)
-
afn.azAydın Hüseynov: Zəngəzur dəhlizi səmərəsiz ərazidir - VİDEO ( 20221104)
-
aia.azAzər Badamov : Bakının şərti dəyişməz qalır ( 19888271)
-
demokrat.az"Ermənistanın həqiqi niyyəti Zəngəzur dəhlizi ilə bağlı danışıqları çətinləşdirməkdir" — Aydın Quliyev ( 19715498)
-
aia.azQarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir ( 19703288)