Tailand və Kamboca arasında sərhəd mübahisəsi 50 ildən çoxdur ki, davam edir.
Newscenter.az Reuters-ə istinadən xəbər verir ki, Kamboca-Tailand sərhədində hərbçilər arasında toqquşmalar 12 bölgəyə yayılıb, hər iki tərəfdən onlarla insan, o cümlədən dinc sakinlər həlak olub.
Tailandın sərhədə yaxın 4 əyalətindən 100 mindən çox insan təxliyə edilib, 750 məktəb bağlanıb. Kamboca həmçinin Oddar Meanchey əyalətində 260 məktəbi bağlayıb.
Hər iki ölkə səfirlərini geri çağırıb.
Münaqişə 2025-ci il mayın 28-də Tailand sərhədçilərinin Kamboca postunu atəşə tutması və bir əsgəri öldürməsi ilə başlayıb. Daha sonra Kamboca sərhədə tank əleyhinə minalar yerləşdirib və nəticədə 3 Tailand əsgəri yaralanıb.
İyulun 24-də Kamboca Taylanda Qrad raketləri atdı. Tailand F-16 qırıcıları ilə Kambocadakı hərbi hədəfləri vurmaqla cavab verib.
Tayland və Kamboca arasındakı ümumi sərhəd 817 km-dir. Müxtəlif səbəblərdən sərhədin bəzi əraziləri 50 ildən artıqdır ki, mübahisəlidir.
Bu münaqişə məhz Phra Vihan adlı Khmer sivilizasiyasının məbəd kompleksi səbəbindən başladı. BMT-nin 1962-ci il qətnaməsinə əsasən, o, tamamilə Kambocaya məxsusdur. Lakin Tailand məbədi və ətraf əraziləri özünə məxsus hesab edir və beynəlxalq məhkəmənin qərarını tanımır. Bu səbəbdən də burada zaman-zaman münaqişələr yaranıb. Əvvəlki toqquşmalar 2008 və 2011-ci illərdə baş verib.
Mehman Mehdiyev