Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.
“Kia” və “AzSamand” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsartə alıb.
Sumqayıt Tibb Mərkəzindən APA-ya bildirilib ki Bakı-Quba avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri stabildir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta