AZ

Çimərlik voleybolu üzrə ölkə çempionatı başa çatıb

Bu gün çimərlik voleybolu üzrə ölkə çempionatı başa çatıb.

Apasport.az xəbər verir ki, Bakı Su İdmanı Sarayında birinciliyin final qarşılaşmaları keçirilib.

Həm qadınlar, həm də kişilərin yarışında “Azerreyl-1” komandaları çempionluq uğrunda mübarizədən qalib ayrılıblar.

Qadınların finalında “Azerreyl-1” və “Azerreyl-2”, kişilərin həlledici görüşündə isə “Azerreyl-1” və “Xilasedici-2” komandaları üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsinə əsasən, həm qadınlar, həm də kişilər arasında “Azerreyl-1” komandaları qızıl medal qazanıblar.

Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qalib və mükafatçılara diplomlar, medallar və Azərbaycan Voleybol Federasiyasının tərəfdaşı olan VMF saat fabriki tərəfindən hədiyyələr təqdim olunub.

Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvü Elqar Bağırov, Əməkdar idman ustası, Avropa çempionatının mükafatçısı Aliyə Paşayeva və VMF saat fabrikinin direktoru Orxan Məmmədov təqdim ediblər.

Qalib komandalar eyni zamanda Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təşkil edilən klublararası Avropa çempionatında iştirak hüququ əldə ediblər. Xatırladaq ki, ötən mövsüm bu yarışda ölkəmizi təmsil edən “AZERRAIL”in qadın və kişi komandaları çempion olub.

İyulun 21-də start götürən yarış Avropa Voleybol Konfederasiyasının reqlamentinə uyğun olaraq keçirilib. Reqlamentə əsasən, hər klub çempionata ən azı iki komanda ilə və 18 yaşdan yuxarı idmançılarla qatılıb. İki dəfə məğlub olan komanda çempionatda mübarizəni dayandırıb.

“Gəncə” oyunçusu ilə müqavilə yeniləyib

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına start verilib

Azərbaycan Voleybol Federasiyası APA-nı təltif edib - FOTO

Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib

AVF rəsmisi Avropa çempionatının final mərhələsində

Seçilən
75
9
apasport.az

10Mənbələr