Suriyanın Hələb əyalətinin Əl-Bab şəhərində İŞİD-in yüksək rütbəli lideri Muslih əl-Hardani məhv edilib.
Sfera.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Həmçinin onun iki yetkin oğlu (Abdullah Dhiya əl-Hərdani və Əbdül-Zəhrani) də öldürülüb.
Məlumata görə, onlar ABŞ qüvvələrinin Suriyanın şimalında keçirdiyi reyd zamanı məhv ediliblər.