Goranboyda meşə ərazisinə ildırım düşüb, yanğın başlayb.
Bakues.az-ın məlumatına görə, hadisə rayonun Yal Taxıl adlanan ərazisində meşəlikdə qeydə alınıb.
Belə ki sözügedən əraziyə ildırım düşüb.
Nəticədə ərazidə yanğın başlayıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.