AZ

Qaetan Perren “Oser”i “Krasnodar”a dəyişdi

Fransanın “Oser” klubunun 29 yaşlı fransalı sağ cinah hücumçusu Qaetan Perren bundan sonra “Krasnodar”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Krasnodar”ın rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 3 illik – müddəti 2028-ci iliin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid ötən mövsümün Rusiya çempionuna 5 milyon avro məbləğ müqabilində baş gəlib.

Qaetan Perren Lion “Olimpik”inin məzunudur. Hücumçu, karyerası ərzində həmçinin “Orlean” və “Oser” üçün çıxış edib.

Geridə qalmış mövsümdə Perren “Oser” üçün 35 oyuna çıxıb, 10 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.

Perren milli komandaya cəlb edilməyib, həmçinin böyük futbolda heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı lı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
70
11
arena.az

10Mənbələr