AZ

Goranboylular bu il də bol pambıq yetişdirirlər

Goranboyda pambıqçılığa maraq az deyil. Dövlətin aqrar sahəyə, o cümlədən pambıqçılığa verdiyi maddi dəstək bu sahəyə olan marağı xeyli artırmışdır. 

Bu meyli ilk növbədə torpaq icarəsi üzrə bağlanmış müqavilələrin sayında və əkin sahələrinin həcminin genişlənməsində görmək olar. Aparılmış statistik təhlillərə əsasən, 2025-ci il ərzində rayon ərazisində pambıq əkini məqsədilə fiziki və hüquqi şəxslərlə ümumilikdə 1983,3 hektar torpaq sahəsi üzrə icarə müqavilələri bağlanmışdır. Müqayisə üçün bildirək ki, 2024-cü ildə bu rəqəm 1450,4 hektar olmuşdur.  Bu artım pambıqçılıqda optimal nəticələrdən biri sayılır.

Pambıq əkini sahələrinin genişləndirilməsi fonunda məhsul istehsalında artımın davam edəcəyi də gözlənilir. Bu isə öz növbəsində şübhəsiz ki, həm kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin artmasına, həm də rayonun iqtisadi göstəricilərinin yaxşılaşmasına müsbət təsir göstərəcək.

İndi rayonda fermerlər pambığın becərilməsi ilə məşğuldurlar. Bu işdə onlara müqavilə bağladıqları “Azərpambıq”, “Prime Cotton”, “Goran-Cotton” və “Azərşəkər” MMC-lər yaxından kömək edir. Faxralı, Qaramusalı, Səfikürd, Xan Qərvənd, Əlirzalı, Yeniyol, Balakürd, Boluslu, Nərimanlı, Qarapirimli, Goranlı, Quşçular, Gülməmmədli, Düzqışlaq və Aşağı Ballıqaya kəndlərində bu il bol məhsulun olacağı gözlənilir.

Seçilən
48
azerbaijan-news.az

1Mənbələr