AZ

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının mükafatçıları - FOTO

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli olub.

İdman.biz xəbər verir ki, Bakı Su İdmanı Sarayında birinciliyin final qarşılaşmaları keçirilib.

Həm qadınlar, həm də kişilərin yarışında “Azərreyl-1” komandaları çempionluq uğrunda mübarizədən qalib ayrılıblar.

Qadınların finalında “Azərreyl-1” və “Azərreyl-2" kişilərin həlledici görüşündə isə “Azərreyl-1" və “Xilasedici-2” komandaları üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsinə əsasən, həm qadınlar, həm də kişilər arasında “Azərreyl-1” komandaları qızıl medal qazanıblar.

Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qalib və mükafatçılara diplomlar, medallar və Azərbaycan Voleybol Federasiyasının tərəfdaşı olan VMF saat fabriki tərəfindən hədiyyələr təqdim olunub.

Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvü Elqar Bağırov, Əməkdar idman ustası, Avropa çempionatının mükafatçısı Aliyə Paşayeva və VMF saat fabrikinin direktoru Orxan Məmmədov təqdim ediblər.

Qalib komandalar eyni zamanda Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təşkil edilən klublararası Avropa çempionatında iştirak hüququ əldə ediblər. Ötən mövsüm bu yarışda ölkəmizi təmsil edən “Azərreyl"in qadın və kişi komandaları çempion olub.

Qadınlar

1. “Azərreyl-1” (Larisa Smeltsova / Çinarə Quliyeva)

2. “Azərreyl-2" (Vera Klimoviç / İlhamə Əzimova)

3. “Milli Aviasiya Akademiyası-1” (Nəzrin Kərimli / Amina Ramazanova)

Kişilər

1. “Azərreyl-1” (Konstantin Semenov / Heydər Məmmədli)

2. “Xilasedici-2” (Andrey Melnikov / Həsən Hüseyn Mermer / Asif Əliyev)

3. “Azərreyl-2” (İbrahim Məmmədov / Muhammad Aslanlı)

İdman.biz

Seçilən
49
9
idman.biz

10Mənbələr