AZ

Yığmamız Avropa çempionatında ilk qrup matçını uduzdu

Azərbaycanın oğlan basketbolçulardan ibarət U-18 millisi Avropa Çempionatı B divizionunun ilk qrup matçını keçirib.

Sportinfo.az xəbər verir ki, yığma meydan sahibi Rumıniya komandası ilə üz-üzə gəlib.

Görüş rəqibin 60:34 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin növbəti oyunu iyulun 26-da Ukrayna yığmasına qarşı olacaq.

Seçilən
76
12
sportinfo.az

10Mənbələr