AZ

“Crocus City Hall” terrorçuları silahı Dağıstandan alıblar

ain.az, Dogru.az saytına istinadən bildirir.

“Crocus City Hall” konsert zalında törədilən terror aktını həyata keçirən şəxslər silah və sursatı Dağıstandan olan əlbirlərindən əldə ediblər. Onlar bu silahları Şimali Qafqazdan xüsusi gizlənmə yeri ilə təchiz edilmiş “Mitsubishi” markalı avtomobillə Moskvaya gətiriblər.

Doğru.az xəbər verir ki, TASS agentliyi bu barədə istintaq materiallarına istinadən məlumat yayıb.

İstintaq sənədlərinə əsasən, silah və sursat Soliyev Umedjonun göstərişi ilə İsmayılov Zubaydullo və Qadoyev Şaxromdjon tərəfindən avtomobilə yerləşdirilib. Daha sonra Qadoyev həmin avtomobillə Moskvaya yollanıb.

Məlumata görə, Fəriduni Şəmsidin və Mirzoyev Dalerjon bu silahları qəbul etmək üçün Moskva vilayətində meşəlik ərazidə torpaq sahəsi seçiblər.

Bundan əlavə, TASS bildirir ki, terrorçular hücumdan əvvəl narkotik vasitələrdən istifadə ediblər.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
99
15
dogru.az

10Mənbələr