Bu gün Bakı vaxtı ilə saat 20:00-da Mütləq Döyüş Çempionatında (UFC) döyüş gecəsi baş tutacaq.
Offsideplus.az xəbər verir ki, əsas kartın döyüşləri Bakı vaxtı ilə saat 22:00-dan başlayacaq.
"UFC 318"də gecənin əsas döyüşü orta çəkidə avstraliyalı Robert Vitteyker və niderlandlı Reyner de Ridder arasında baş tutacaq. Gecənin ikinci gözlənilən döyüşündə rusiyalı Petr Yan və Markus Makci (ABŞ) üz-üzə gələcək.
Bundan əlavə, döyüşsevərlər əsas kartda Şaraputdin Maqomedov - Mark-Andre Barriault, ilkin tədbirdə isə İbo Aslan - Billi Elekana döyüşlərini də səbirsizliklə gözləyir.