AZ

Talış və Tapqaraqoyunluya da helikopterlər cəlb olundu - Video - Yenilənib

Ağdərə rayonunun Talış, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsinədə  helikopterlər cəlb olunub.

“Qafqazinfo”nun məlumatına görə, səhər saatlarında başlayan yanğın küləyin təsiri ilə alışaraq geniş əraziyə yayılıb.

Yanğının güclü olan hissəsində FHN-nin yanğınsöndürən briqadaları ilə yanaşı, helikopterləri də cəlb olunub.

Helikopterlər Suqovuşan su anbarından istifadə edərək yanğınsöndürmə əməliyyatlarını davam etdirirlər.

***

Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub.

Relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri günün gecə və gündüz saatlarında fasiləsiz olaraq həyata keçirilir.

Ziya Əmirxanlı



Seçilən
58
49
qafqazinfo.az

10Mənbələr