AZ

Ukrayna PUA-larla Stavropoldakı mühüm hərbi obyekti vurdu: Davam edəcək

BAKI, 26 iyul. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Rusiyanın ən böyük radioelektronika istehsalçılarından biri olan Stavropolda yerləşən “Siqnal” radiozavodunun istehsal sahələrinə uzaq mənzilli SBU pilotsuz təyyarələri zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Qeyd olunub ki, zavodun iki əsas korpusu hədəf alınıb.

Bildirilib olunub ki, Ukraynaya qarşı müharibə üçün işləyən rus obyektlərini sistematik şəkildə sıradan çıxarılmaqda davam etdiriləcək.

Əlavə edək ki, “Siqnal” radiostansiyası müxtəlif növ elektron müharibə (EW), radar, radionaviqasiya avadanlığı, uzaqdan idarə olunan radiotexnika istehsalı üzrə ixtisaslaşıb.

Seçilən
42
1
teleqraf.com

2Mənbələr