AZ

Qəzzada aclıqdan ölənlərin sayı 127-yə çatıb

Qəzzada

İsrailin blokadası altında olan Qəzzada aclıqdan ölənlərin sayı 127-yə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Berş sosial media hesabından Qəzzada son 24 saatda ikisi uşaq olmaqla daha 5 nəfərin aclıqdan öldüyünü və bununla da aclıqdan ölənlərin ümumi sayının 85-i uşaq olmaqla 127-yə çatdığını açıqlayıb.

Berş, İsrailin Qəzzaya humanitar yardımların çatmasına mane olduğunu vurğulayaraq, "Yemək məhsulları sərhəd qapılarında saxlanılır, yardımlar bloklanır və beynəlxalq cəmiyyət bu utancverici susqunluğunu qoruyur. Çox gec olmadan Qəzzanı xilas edin" deyib.

Məryəm Quliyeva

Seçilən
37
1
xalqcebhesi.az

2Mənbələr