AZ

Güclü meşə yanğını Bursa vilayətini CƏNGİNƏ ALDI

Türkiyənin Bursa vilayətininn Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə baş verən yanğın küləkli hava şəraiti səbəbindən böyüyür.

Publika.az yerli mətbuata istinadən xəbər verir ki, ərazidəki bəzi kəndlərin boşaldılmasına başlanılıb. Yanğının yaşayış sahələrini təhdid etdiyi, Karahıdır və İğdır kəndlərinin alov içində olduğu bildirilir.

Bursa Böyükşəhər Bələdiyyəsi sakinlərə yanğın təhlükəsi xəbərdarlığı edib. Bu arada, Karabük-Ankara avtomobil yolu hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Məlumata görə, Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə baş verən yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür, əraziyə yanğınsöndürənlər cəlb edilib. Yanğının söndürülməsinə meşə təsərrüfatı işçiləri və sakinlər də dəstək verir.

Seçilən
86
7
publika.az

8Mənbələr