AZ

Azərbaycanlı futbolçunun Qırğızıstan klubuna keçidi alınmadı 

Azərbaycanlı futbolçu Elmir Tağıyevin karyerasını Qırğızıstanda davam etdirə biləcəyini xəbər vermişdik.

İdmanxeber.az-a verilən məlumata görə, transfer son anda baş tutmayıb. “Dordoy” klubu ilə danışıq aparmaq üçün Bişkekə yollanan oyunçu müqavilə imzalamaqdan  imtina edib.

Buna səbəb klubdakı şəraitin yaxşı olmaması olub. Şərtlərlə razılaşmayan futbolçu yenidən Azərbaycana qayıdıb.

Xatırladaq ki, Tağıyev ötən mövsümü “Kəpəz”də keçirib.

Seçilən
72
1
idmanxeber.az

3Mənbələr