AZ

Rubio: “Vens prezidentliyə əla namizəddir” | VİDEO

AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Düşünürəm ki, Cey Di Vens əla namizəd olardı”,- növbəti prezident seçkiləri ilə bağlı planları barədə sualın cavabında Marko Rubio vurğulayıb.

May ayında Ağ Evin hazırkı rəhbərinin oğlu, kiçik Donald Trampın Respublikaçılar Partiyasından 2028-ci ildə ABŞ prezidentliyinə namizəd ola biləcəyi barədə məlumat yayılmışdı.

ABŞ-Çin münasibətləri necə olmalıdır?| VİDEO
Mümkün namziədlər arasında, həmçinin vitse-prezident Cey Di Vensin, Dövlət katibi Marko Rubionun, Daxili Təhlükəsizlik naziri Kristi Noemin və üç qubernatorun - Ron DeSantis (Florida), Qlenn Yanqkin (Virciniya) və Brayan Kemp (Corciya) da adlara var.
Lakin aprel ayında Cey Di Vens 2028-ci il seçkilərində ABŞ prezidentliyinə mümkün namizədliyini hələlik nəzərdən keçirmədiyini açıqlamışdı.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubio Vaşinqtonun Pekinlə hörmətcil münasibətlər qurmaq istədiyini bildirib.


Sahil İsgəndərov
AzVision.az

Seçilən
60
1
azvision.az

2Mənbələr