Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "AAAF Park" yaşayış kompleksində 300-dən çox ailə illərdir ki, çıxarış problemini həll edə bilmir.
Bir qrup sakin "Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciətində bildiriblər ki, kompleksin 19 saylı küçəsində problemlər təkcə bununla da bitmir.
Xezerxeber.az-ın məlumatına görə,
sakinlər deyiblər ki, 300-dən çox ailə mülkiyyət hüquqlarının rəsmi şəkildə tanınmaması səbəbindən bir çox hüquqi xidmətlərdən istifadə edə bilmirlər.
Ərazidə çəkiliş apararkən bizə yaxınlaşan binanın komentdantı bildirdi ki, binada yaşayış olsa da. Tam istifadəyə verilməyib. Binaya qaz veriləndən sonra çıxarış problemi də həll ediləcək.
"AAAF Park" yaşayış kompleksindən o da bildirildi ki, mənzillərə çıxarış verilməsi üçün aidiyyəti üzrə müvafiq quruma müraciət olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.