AZ

Yevlaxda mübahisə qətllə bitdi

Yevlaxda həmyerlilər arasında baş verən mübahisə qətllə bitib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Şəhər sakini 1962-ci il təvəllüdlü İlham Mirzəyev həmyerlisi tərəfindən mübahisə zəminində bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Habil Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.  

H.Kərimovun spirtli içkinin təsiri altına hadisəni törətdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

 

Seçilən
56
10
qafqazinfo.az

10Mənbələr