Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, qətil hadisəsi Yevlax şəhər ərazisində baş verib. Şəhər sakini 1962-ci il təvəllüdlü İlham Mirzəyev həmyerlisi tərəfindən mübahisə zəminində bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Habil Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.