BAKI, 27 iyul. TELEQRAF
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib.
Teleqraf-ın yerli bürosunun xəbərinə görə, qətil hadisəsi Yevlax şəhər ərazisində baş verib. Şəhər sakini 1962-ci il təvəllüdlü İlham Mirzəyev həmyerlisi tərəfindən mübahisə zəminində bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Habil Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.