“Liverpul”un və “Çelsi”nin sabiq futbolçusu Coui Cons dünyasını dəyişib.
"Football-plus.az" xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Keçmiş müdafiəçi 70 yaşında vəfat edib. Onun ölüm səbəbinə aydınlıq gətirilməyib.
Cons 1975-78-ci illərdə “Liverpul”un heyətində 100 oyun keçirib. O, “qırmızılar”la iki dəfə Çempionlar Kubokunun və bir dəfə UEFA Kubokunun qalibi olub.
Uels yığmasının sabiq oyunçusunun “Çelsi”də 1982-85-ci illərdə çıxış etdiyini də xatırladaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta