AZ

Audiovizual Şura son üç ayda aşkarlanan qanun pozuntuları və edilən xəbərdarlıqları açıqlayıb

Bakı.Trend:

2025-ci ilin may, iyun və iyul ayları ərzində aparılmışmonitorinqlər nəticəsində 3 qanun pozuntusu faktı aşkar edilib vəbu hallar üzrə müvafiq qanunauyğun tədbirlər görülüb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Audiovizual Şuradanməlumat verilib.

Bildirilib ki, bu pozuntulardan ikisi “Media haqqında” Qanunun14-cü maddəsinin (mediada yayımlanan informasiyaya dair tələblər),biri isə 38-ci maddəsinin (yayım hüququ) tələblərinin pozulması iləbağlı olub. Aşkar edilmiş pozuntularla əlaqədar yayımçılara 3xəbərdarlıq edilib. Bu müddət ərzində cərimə tətbiqi ilə bağlı heçbir protokol tərtib olunmayıb.

Qeyd edilib ki, 2024-cü ilin sonlarından etibarən başlanan vəhazırda davam edən audiovizual mediada piratçılıqla mübarizəçərçivəsində Audiovizual Şura tərəfindən tərtib edilən protokollarəsasında cari ilin ilk altı ayı ərzində platforma operatorulisenziyasına malik 13 subyekt müvafiq məhkəmə qərarlarına əsasənhər biri 5000 manat məbləğində cərimələnib.

Seçilən
31
9
az.trend.az

9Mənbələr