Bu ilin yanvar-iyun aylarında ölkədə 46 min tondan çox pambıq mahlıcı, 9,3 min tona yaxın pambıq ipliyi istehsal edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisinə nisbətdə pambıq mahlıcının istehsalı 30,1 faiz, pambıq ipliyinin istehsalı isə 28,6 faiz artıb.
İyul ayının 1-nə hazır məhsul ehtiyatı pambıq mahlıcı üzrə 26,9 min ton, pambıq ipliyi üzrə isə 5,4 min ton təşkil edib.